ABŞ-də həbsdə saxlanılan Venesuela Prezidenti Nikolas Maduro həbsxanadan yeni fotosunu yayımlayıb.
Globalinfo.az xəbər verir ki, Məlumata görə, Maduro görüntünü “X” sosial şəbəkəsində paylaşaraq onu ilk növbədə nəvələrinə, övladlarına və tərəfdarlarına ünvanlayıb.
Venesuela lideri fotonu yaxınlarına “sevgi və ümidin kiçik hədiyyəsi” kimi göndərdiyini bildirib.
O, paylaşımında ailəsinin və tərəfdarlarının sevgisini hiss etdiyini, bütün çətinliklərə baxmayaraq güclü qalacaqlarını vurğulayıb.
Paylaşılan görüntüdə Maduro divarın qarşısında gülümsəyərək dayanıb. Onun üzərində boz rəngli idman geyimi olub.
Tahir Turan