Türkiyəli məşhur aktyor və komediyaçı Cem Yılmaz ağır infarkt keçirib.
Globalinfo.az xəbər verir ki, həkimlər ürək damarlarından birində yaranmış tıxanıqlığa müdaxilə edərək balon və stent tətbiq olunan prosedur həyata keçiriblər. Müdaxilənin təxminən 40 dəqiqə davam etdiyi bildirilir.
Əməliyyatı icra edən həkim Ercan Akşit aktyorun hazırda vəziyyətinin stabil olduğunu açıqlayıb. Onun sözlərinə görə, Cem Yılmazın səhhətində müsbət dinamika davam edərsə, yaxın iki gün ərzində xəstəxanadan evə buraxılması mümkündür.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu da sənətçinin ümumi vəziyyətinin yaxşı olduğunu bildirib. Hazırda onun müalicəsi koronar reanimasiya şöbəsində davam etdirilir.
Cem Yılmazın qardaşı Can Yılmaz da sənətçinin səhhətinin yaxşılaşdığını və müalicə prosesinin uğurlu keçdiyini açıqlayıb.
***22:43
Türkiyənin məşhur komediya ustası Cem Yılmaz İstanbulda xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, yerli media onun infarkt keçirdiyini yazıb.
Məlumata görə, sənətçi təcili şəkildə xəstəxanaya aparılıb və müalicəsinə başlanıb.
Cem Yılmazın xəstəxanada angioqrafiya (damarların müayinəsi) edildiyi bildirilir.
Əliyar Xəlil