putin tramp esas

CNN-in məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə Moskvaya səfərində məqsəd Rusiyaya Ukraynada apardığı fəlakətli müharibəni uduzduğunu çatdırmaq olub. Telekanal bildirir ki, İranda davam edən müharibə fonunda yaranmış vəziyyət ABŞ Prezidenti Donald Trampa təsir edib.

Həmçinin Rusiya Prezidenti Vladimir Putin və Donald Trampın oxşar dilemma ilə üzləşdikləri, nə hərbi məqsədlərinə nail ola, nə də geri çəkilə bildikləri vurğulanır.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, hazırda güc anlayışının mahiyyəti dəyişir.

“Əvvəllər güc deyəndə təsir mexanizmləri kimi hərbi-siyasi rıçaqlar nəzərdə tutulurdusa, indi bu, alternativ təsir etmə anlayışı ilə əvəzlənib.

ABŞ-Rusiya münasibətləri heç bir halda eyni deyil. Məsələn, Rusiya üçün Ukrayna müharibəsi mövcudluq savaşıdır. ABŞ üçün isə bu, regional təsir məsələsidir. Eləcə də İranla bağlı gərginlik Ukrayna müharibəsi ilə eyni deyil.

eziz elibeyli esas 900x600 1
Əziz Əlibəyli 

Rusiya quru qoşunları ilə Ukrayna ərazilərini işğal etdiyi halda, ABŞ belə bir addım atmır. Hava zərbələri və iqtisadi sanksiyalarla kifayətlənir. ABŞ üçün bir qərar kifayətdir ki, prosesi tərk etsin. Amma Rusiya üçün bundan bəhs edə bilmərik.

Bu mənada CNN məsələlərə obyektiv yanaşmır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: