Tramp hC999dC999

ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi variantını nəzərdən keçirdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

ABŞ lideri qeyd edib ki, son dövrlərdə bəzi coğrafi adlarla bağlı dəyişikliklər edilib və okeanlardan birinin adının da dəyişdirilməsi mümkündür.

“Bizim Amerika körfəzimiz və Amerika gölümüz var. İndi bizə bir okean lazımdır. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişməli ola bilərik. Bəlkə də bunu edəcəyik”, – Tramp deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: