Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və erməni iş adamı Qaqik Tsarukyanla bağlı sərt fikirlər səsləndirib.
Globalinfo.az xəbər verir ki, Paşinyan onların hər ay pensiyalarının və digər qanuni gəlirlərinin hesablarına köçürülüb-köçürülmədiyini yoxlamalı olduqlarını bildirib.
Baş nazirin sözlərinə görə, bu şəxslər siyasi vəzifə tutduqları dövrdən sonra yalnız qanuni gəlirləri və pensiyaları hesabına yaşamalıdırlar:
“Robert Köçəryan, Qaqik Tsarukyan və Serj Sərkisyan hər ayın 1-də yoxlamalıdırlar ki, pensiyalarını alıblar, ya yox. Onlar siyasi vəzifə tutublar. Niyə? Çünki öz təqaüdləri və qanuni gəlirləri ilə yaşamalıdırlar”.
Ermənistan hökumətinin rəhbəri həmçinin qanunsuz yollarla əldə edildiyini iddia etdiyi bütün əmlak və vəsaitlərin dövlətə qaytarılmalı olduğunu vurğulayıb:
“Qanunsuz yolla əldə edilən hər şey qəpiyinə qədər Ermənistan Respublikasına və onun xalqına qaytarılmalıdır. Başqa seçim yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az