hormuz 99

İran və Oman Hörmüz boğazından keçən gəmilərdən əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı razılaşma əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi açıqlama verib.

Onun sözlərinə görə, aparılan danışıqlar zamanı Hörmüz boğazının sularındakı tərəflərin payı və gəmiçilikdən əldə olunan gəlirlərin İranla Oman arasında bölüşdürülməsi məsələsində razılıq əldə olunub.

SEPAH nümayəndəsi Hörmüz boğazının İran və Oman ərazilərinə aid olduğunu iddia edib.

Möhəbi həmçinin bildirib ki, ABŞ daha əvvəl əldə edilmiş razılaşmalara əməl edəcəyi təqdirdə boğazdan gəmi keçidi açıq qalacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: