“Finlandiya Prezidenti Aleksandr Stubbun Ukrayna münaqişəsi ilə bağlı fikirləri qəbuledilməzdir”.
Globalinfo.az xəbər verir ki, bunu Krım parlamentinin sədri Vladimir Konstantinov “RIA Novosti”yə açıqlamasında deyib.
O, Finlandiya liderini bu cür bəyanatlardan çəkinməyə çağırıb və məcazi mənada ona “dilini dişləməyi” tövsiyə edib.
Konstantinovun narazılığına səbəb Stubbun Kiyevdə keçirilən və “istəklilər koalisiyası” adlandırılan görüşdən sonra səsləndirdiyi fikirlər olub. Finlandiya Prezidenti Rusiyanın ən böyük ticarət platformasının anbarlarına endirilən zərbələri “məntiqli hərbi strategiya” kimi qiymətləndirib.
Safura Bənnayeva
Globalinfo.az