31460a7e3eeaef62d28a67ad0e58aa41 1733551546

Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Abdinin açıqlaması müzakirələrə səbəb olub. O, SDQ-nın buraxıldığını və kürd qüvvələrinin Suriya ordusunun sıralarına tam inteqrasiya olunduğunu elan edib.

“Biz Suriya tarixində sülh, sabitlik və bərpa fəslini açırıq və SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğunun sonunu tam məsuliyyətlə elan edirik”, – Abdi qeyd edib.

Globalinfo.az-a danışan suriyalı türkmən politoloq, doktor Fateh Muxtar Beydilli isə vəziyyətin göründüyündən bir qədər fərqli olduğunu deyib.

“Məzlum Abdinin bu qərarı birmənalı qarşılanmır. SDQ və onun dəstəkçiləri arasında Məzlum Abdini xain kimi görənlər var. Çünki ona prezidentin müşaviri vəzifəsi də verilib. Yəni bəzi kürdlər onun SDQ-ni vəzifə müqabilində “satdığını” düşünürlər.

Ərəblərin və türkmənlərin məsələyə baxışı da eyni deyil. Məzlum Abdinin əli yüzlərlə ərəb və türkmənin qanına batıb. O, faktiki olaraq terrorçu kimi görülür. Bu mənada belə bir şəxsə vəzifə verilməsi etirazla qarşılanır.

WhatsApp Image 2025 04 22 at 12.19.10 e1745353894832 900x830 1
Muxtar Beydilli 

Lakin bütün hallarda Prezident Əhməd Əl Şaranın nə düşündüyü ilə bağlı bir məqam aydındır. Mümkündür ki, o, bununla Məzlum Abdini nəzarətdə saxlamaq, həmçinin onun gücünü azaltmaq istəyir.

Hesab edirəm ki, bu durum uzun müddət çəkməyəcək. Məncə, Məzlum Abdi bir müddət sonra öldürülə bilər. İstisna deyil ki, bunu elə kürdlərin özləri etsinlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: