
Ermənistanın ikinci prezidenti Robert Köçəryan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Köçəryanı Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları müşayiət edib.
Keçmiş prezidentin xəstəxanaya yerləşdirilməsinin səbəbi və hazırkı səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Safura Bənnayeva
Globalinfo.az