Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın “Maşa və Ayı” animasiya serialının yaradıcılarına qarşı tətbiq etdiyi sanksiyaları BMT Təhlükəsizlik Şurasında gündəmə gətirib.
Globalinfo.az xəbər verir ki, Nebenzya çıxışı zamanı Ukraynanın rus dili və Rusiya ilə bağlı mədəni irsə qarşı məhdudlaşdırıcı siyasət yürütdüyünü iddia edib.
Rusiyalı diplomat Kiyevin siyasətini sərt şəkildə tənqid edərək, Ukraynada fikir müxtəlifliyinə münasibətin məhdudlaşdırıldığını bildirib.
O, sanksiyalar siyahısına Rusiyanın məşhur “Maşa və Ayı” animasiya serialının yaradıcılarının daxil edilməsini də nümunə göstərib.
Safura Bənnayeva
Globalinfo.az