eki01

Bir müddət əvvəl Bakıda qonaq olan dünyaca məşhur aktyor Ceki Çanın yeni videosu yayılıb.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, əfsanəvi aktyor Azərbaycanda apardıqları çəkilişlərdən danışarkən kövrəlib:

“Dünən hələ də Azərbaycanda çəkilişdə idim. Günəş saat 22:00-dan sonra batdığı üçün, əgər təyyarəyə tələsməsəydim, saat 22:45-ə qədər çəkiliş edəcəkdik. Qayıdıb gəlməyim sırf sizləri – qardaşlarımı görmək üçün idi. Bir-birimizi görmək həqiqətən asan deyil. Bu görüş üçün nə qədər uzaq yol gəlmişik”.

Qeyd edək ki, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Axşam.az (@axsamaz)

Paylaş: