Xəbər verdiyimiz kimi, Xətai rayonunda naməlum şəxsin öz evini yandırdığı bildirilir.
Globalinfo.az xəbər verir ki, yayılan yeni videoda həmin şəxsin yanğın törətməzdən əvvəl evdəki əşyaları sındırdığı görünür.
Kadrlar qarşı binadakı sakinlər tərəfindən lentə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Yanğından əvvəl həmin mənzildə orta yaşlı kişinin əlində balta ilə mətbəxdə dağıntılar törətməsi, əsəbi şəkildə hərəkətlər etməsi qonşular tərəfindən lentə alınıb.