tete

Cənubi afrikalı keçmiş ikiqat dünya çempionu Zolani Tete evinin qarşısında güllələnərək öldürülüb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə avqustun 21-də axşam saatlarında Cənubi Afrika Respublikasının Mdantsane şəhərində baş verib. Boksçunun ölümünü onun meneceri Mlandeli Tenqinfene də təsdiqləyib.

Qətlin motivi və hadisəni törədən şəxslərin kimliyi məlum deyil.

Zolani Tete 54 kq çəki dərəcəsində IBF və WBO versiyaları üzrə dünya çempionu olub. O, titul döyüşlərində ən sürətli nokaut rekordlarından birinə də sahib idi. Tete Sibiniso Qonyanı ilk raundun cəmi 11-ci saniyəsində nokauta salmışdı.

2022-ci ildə dopinq qaydalarını pozduğuna görə Tete dörd il müddətinə diskvalifikasiya edilmişdi. Cəza müddəti başa çatdıqdan sonra 38 yaşlı boksçu yenidən rinqə qayıtmağı planlaşdırırdı.

Paylaş: