Ermənistanın Rusiyada səfirinin dəyişəcəyi barədə xəbərlər uzun müddətdir yayılsa da, səfir Qurgen Arsenyan vəzifəsindən azad oluna biləcəyini cəmi 5 gün əvvəl öyrənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilir ki, Arsenyana birbaşa İrəvandan məlumat göndərilib. Səfirə deyilib ki, hökumət gərgin Ermənistan–Rusiya münasibətlərini yaxşılaşdırmaq üçün Rusiyaya peşəkar diplomat göndərmək qərarına gəliblər. Əslində Arsenyan Rusiya elitası ilə yaxşı münasibətlər qurub, lakin İrəvanın Moskva ilə bağlı yeni siyasi kursuna onun fəaliyyətinin uyğun gəlmədiyi düşünülür.
Nəşr yazır ki, Qurgen Arsenyan Rusiya əleyhinə bəyanatlara, qərarlara və çıxışlara qarşıdır. O, dəfələrlə İrəvanı Moskavaya qarşı addımlardan çəkinməyə, konstruktiv yanaşma sərgiləməyə çağırıb. Arsenyan əks halda, İrəvanı təhlükənin gözlədiyini bildirib. Onun sözləri isə Ermənistan rəhbərliyini qəzəbləndirib. Hətta Arsenyanın bir növ “xain” kimi görüldüyü bildirilir.
Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyanın Rusiyada səfiri dəyişəcəyi barədə məlumatlar yayılıb.
Əliyar Xəlil
Globalinfo.az