netanyahu 1781092551

Türkiyə Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahu barədə beynəlxalq axtarış elan olunması üçün rəsmi prosedur başladıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

O deyib ki, Netanyahunun insanlığa qarşı cinayətlər və soyqırımı ittihamları ilə bağlı çıxarılmış həbs qərarları əsasında “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilməsi üçün Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib:

Gürlek Türkiyənin bundan sonra da hüquqi mübarizəni davam etdirəcəyini vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: