Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çjon ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə hərbi təlimlərin keçirilməsinin məhdudlaşdırılması qərarına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Kim Yo Çjon Cənubi Koreyanı buna görə lağa qoyub və o ölkəni “ABŞ-ın kuklası” adlandırıb.
“Tramp qəfildən təlimlərin sayının azaldılmasını əmr etdi. Bu, Seulu çətin vəziyyətə saldı və onu çox sevdiyi “müharibə oyunlarını” ləğv etməyə məcbur buraxdı. Cənubi Koreya ABŞ əsgərlərinin ölkədən getməsinə bir kəlmə belə etiraz edə bilməz. Bu, marionet ordunun qaçılmaz taleyidir”, – Kim Yo Çjon bildirib.
Əliyar Xəlil
Globalinfo.az