Qəzza zolağında bələdiyyə polis qərargahına hava hücumu nəticəsində azı 9 fələstinlinin həlak olduğu bildirilir.
Globalinfo.az xəbər verir ki, “Reuters”in məlumatına görə, ölənlər arasında 8 polis əməkdaşı və 13 yaşlı qız da var. Hücum nəticəsində daha 15 nəfərin yaralandığı qeyd olunur.
Fələstin Səhiyyə Nazirliyi və İsrail Müdafiə Qüvvələrinin məlumatlarına əsasən, ötən ilin oktyabrında atəşkəsin elan olunmasından sonra Qəzza zolağında 1 200-dən çox fələstinli və 4 İsrail hərbçisi həyatını itirib.
Tahir Turan
Globalinfo.az