Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkədə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb və müharibənin demokratiyanın qarşısını almaq üçün bəhanəyə çevrilməməli olduğunu bildirib. Fedorov bu barədə özünün “YouTube” kanalında yayımladığı videomüraciətdə danışıb.
Qeyd edək ki, Mixail Fedorovun istefası prezident Volodimir Zelenskinin həyata keçirdiyi genişmiqyaslı kadr islahatlarının tərkib hissəsi olub. Bundan sonra o, Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı vəzifəsindən də uzaqlaşdırılıb. Fedorov iyulun 31-də müharibə dövründə Prezident Volodimir Zelenskiyə qarşı siyasi müxalifətdə olmayacağını açıqlayıb. Bununla belə, o, müdafiə naziri vəzifəsi istisna olmaqla, hökumətə qayıtmağa razı olmayacağını bildirib.
Dünya Siyasəti İnstitutunun direktoru, Ukrayna Milli Texniki Universitetinin dosenti Yevgeni Maqda Globalinfo.az-a şərhində deyib ki, Mixail Fedorov haqqında danışarkən bir neçə məqama diqqət yetirmək lazımdır:
“İlk növbədə, o, yeddi ildən çox Volodimir Zelenskinin komandasının müxtəlif vəzifələrdə çalışan kifayət qədər fəal və görkəmli üzvü olub.
İkincisi, Ukrayna qanunvericiliyi hərbi vəziyyət şəraitində prezident və ya parlament seçkilərinin keçirilməsinə icazə vermir. Fedorov namizədlik üçün minimum sayılan 35 yaşındadır artıq, amma onun prezidentliyə namizəd olub-olmayacağını demək üçün hələ tezdir”.
Yevgeni Maqda
Ekspertin fikrincə, Fedorov müdafiə naziri vəzifəsi uğrunda kifayət qədər mübarizə aparsa da müdafiə naziri olmayacaq:
“O, həmçinin bu vəzifəyə təyinatı üçün çağırışlar edilən etirazlara rəhbərlik etməyə risk etmədi. Buna görə də, fikrimcə, onun siyasətçiyə çevrilməsi barədə danışmaq və ya ciddi nəyisə müzakirə etmək üçün hələ tezdir. Hesab edirəm ki, o, hələ tam hüquqlu siyasi oyunçu deyil”.
Yevgeni Maqda prezidentliyə namizədlərə dair sorğu nəticələri haqda isə bildirib ki, seçkilərdən danışmaq üçün hələ tezdir.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul