turkiy%C9%99

Türkiyənin keçmiş nəqliyyat naziri Arif Ahmet Denizolgunun şübhəli ölümü ilə bağlı aparılan istintaqda mühüm addım atılıb və onun məzarının açılmasına qərar verilib.

Bu barədə Globalinfo.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, qərar çərçivəsində Arif Ahmet Denizolgunun məzarı açılacaq və ölüm səbəbi ilə bağlı yenidən məhkəmə-tibbi araşdırma aparılacaq.

Beləliklə, siyasətçinin illərdir müzakirə mövzusu olan ölümünün təbii səbəblərdən baş verib-vermədiyi, yaxud hər hansı xarici müdaxilənin olub-olmadığı elmi və məhkəmə ekspertizasının nəticələri nəzərə alınmaqla yenidən araşdırılacaq.

Xatırladaq ki, Arif Ahmet Denizolgun 6 sentyabr 2016-cı ildə vəfat edib. Ölümündən sonra hadisənin təbii səbəblərdən baş verdiyinə dair qiymətləndirmələrlə yanaşı, illər ərzində ölümünün şübhəli olduğuna dair iddialar da ortaya atılıb.

Denizolgunun ailəsi tərəfindən edilən müraciətlərdə ölümün şübhəli olduğu irəli sürülüb və hadisənin yenidən araşdırılması tələb olunub.

Paylaş: