Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani, eləcə də Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefonla əlaqə saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, Fidanın qətərli həmkarı ilə söhbətində Hörmüz boğazında yaranmış vəziyyət əsas müzakirə mövzusu olub:
“Suriyanın xarici işlər naziri Şeybani ilə telefon danışığında isə bölgədə baş verən son hadisələr və regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”.
Safura Bənnayeva
Globalinfo.az