katz 3

İsrail Livanın cənubunda və Qəzza zolağında İsrail hərbçilərinə edilən hücumlara qətiyyətli cavab verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Heç bir cəbhədə heç bir hesab açıq qalmayacaq. Əsgərlərimizi və vətəndaşlarımızı qətiyyətlə müdafiə edəcəyik”, – İsrail Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Qeyd edək ki, avqustun 15-də Livanın cənubunda partlayıcı yüklü pilotsuz uçuş aparatının hücumu nəticəsində üç İsrail hərbçisi yaralanıb. Hadisədən sonra İsrail Baş nazirinin ofisi “Hizbullah”ın atəşkəs rejimini pozduğunu açıqlayıb.

Həmin gün İsrail ordusunun mətbuat xidməti Qəzza zolağında, “sarı xətt” adlanan ərazidə İsrail tankının partlayıcı qurğuya çırpıldığını bildirib. Hadisə nəticəsində hərbçilər arasında xəsarət alan olmayıb.

Avqustun 9-da İsrail baş nazirinin müşaviri Dmitri Gendelman bildirib ki, Livan hökuməti “Hizbullah”ın tərksilah prosesini 2025-ci ilin sonuna qədər başa çatdıracağına söz versə də, bu vəzifənin öhdəsindən gələ bilməyib. Buna görə də İsrail bufer zonasında qalır və özbaşına fəaliyyət göstərir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” komandirinin öldürüldüyünü açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: