6a807345c3c4e6a807345c3c4f17868030136a807345c3c4c6a807345c3c4d 4

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb. Daha 320 nəfər itkin hesab olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlər Risklərinin İdarə Olunması Xidməti məlumat yayıb.

Qurumun “X” sosial şəbəkəsində yaydığı məlumata görə, zəlzələ nəticəsində 3935 nəfər yaralanıb, 353 nəfər xilas edilib. Son məlumatlara əsasən, zəlzələ 14493 evi tamamilə dağıdıb, daha 81506 binaya ziyan dəyib.

Bundan əvvəl ölənlərin sayının 285 nəfər olduğu bildirilib.

Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ avqustun 10-da Kolumbiyanın qərbində yerləşən Çoko departamentindəki San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: