İngiltərənin “Liverpul” futbol klubunun əsas sahibi “Fenway Sports Group” (FSG) klubun səhmlərinin bir hissəsinin satışı ilə bağlı “1892 Holdings” şirkəti ilə razılığa gəlib.
Globalinfo.az milli.az-a istinadən xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb.
Razılaşma klubun səhmlərinin 30 faizinin satışını nəzərdə tutur. Sövdələşmənin ümumi dəyərinin 1,65 milyard funt sterlinq (2,23 milyard dollar) olduğu bildirilir.
“1892 Holdings” şirkətinin əsas investorlarından biri “Amazon”un təsisçisi və milyarder Ceff Bezosdur.
Hazırda “Liverpul”un ümumi bazar dəyəri 6 milyard dollardan çox qiymətləndirilir.
Qeyd edək ki, Ceff Bezos 271,4 milyard dollar sərvətlə “Forbes”in dünyanın ən varlı insanları siyahısında üçüncü pillədə qərarlaşıb.