Braziliyalı aktrisa Covanna Antonelli “Klon” serialının yeni nəsil arasında populyarlığının səbəbini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, “Klon”a marağın yalnız nostalji ilə bağlı olmadığını bildirib.
Antonellinin sözlərinə görə, serialın 20 ildən çox əvvəl çəkilməsinə baxmayaraq, yeni nəsil onu ilk dəfə izləyir və hekayəyə emosional bağlanır.
Aktrisa hesab edir ki, bunun əsas səbəbi serialda gündəmə gətirilən mövzuların bu gün də aktual olmasıdır.
“Klon”un baş qəhrəmanı Hadi ənənə ilə azadlıq, ailə ilə şəxsi istəkləri arasında seçim etməli olan qadındır. Bu qarşıdurma müasir qadınların həyatında da müxtəlif formalarda davam edir”, – deyə o bildirib.
Aktrisa seriallara baxış formasının da dəyişdiyini qeyd edib.
Onun sözlərinə görə, əvvəllər tamaşaçılar növbəti seriyanı gözləyirdilərsə, indi sosial şəbəkələrdə təsadüfən qarşılarına çıxan qısa video belə insanı illər əvvəl çəkilmiş seriala baxmağa sövq edə bilər.
Antonelli hesab edir ki, yaxşı hekayə dövründən və texnologiyadan asılı deyil – illər sonra da insanlara toxuna bilir.
Qeyd edək ki, “Klon” 2001-ci ildə yayımlanmağa başlayıb və sonradan 90-dan çox ölkədə nümayiş olunaraq beynəlxalq uğur qazanıb.
Əliyar Xəlil
Globalinfo.az