“Amerikalı iş adamı Bill Qeytsin qızı Fibinin, şirkəti “Phia” tərəfindən istifadə edilən qanunsuz reklamlara əsaslanan gəlir sxemi haqqında məlumatlı olduğu sübut olunarsa, 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Amerikalı əqli mülkiyyət hüquqşünası Ariel Giver deyib.
“Bu əməl adətən ABŞ məhkəmələri tərəfindən federal elektron rabitə fırıldaqçılığı kimi təsnif edilir. Maksimum 20 ilə qədər həbs cəzası, həmçinin cərimələr və kompensasiya ödənişi ilə cəza təyin olunur”, – vəkil bildirib.