photo 2026 08 13 23 55 17 2

Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunun heyətində UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda möhtəşəm qola imza atıb.

Globalinfo.az QOL.az-a istinadla xəbər verir ki, “Pafos” Avstriyanın “Zaltsburq” klubu ilə 3:3 hesablı heç-heçə edib.

Murad Məmmədov 84-cü dəqiqədə komandasının 3-cü qolunu vurub. “Pafos”un digər qollarına Lele və Qabriel Teyşeyra imza atıblar.

“Zaltsburq”un heyətində isə Tabakoviç het-trik edib.

İlk oyunda 0:1 hesabı ilə uduzan “Pafos” iki görüşün nəticəsinə görə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Paylaş: