resize 3

İran Silahlı Qüvvələrinin komandanının siyasi müşaviri Rəsul Sənayirad ölkə ilə bağlı mümkün yeni hərbi qarşıdurma halında ordunun əvvəlkindən daha sərt mövqe nümayiş etdirəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, generalın sözlərinə görə, gələcək silahlı münaqişə baş verərsə, İran Silahlı Qüvvələri daha aqressiv və qətiyyətli şəkildə hərəkət edəcək.

Sənayirad ABŞ-ın ölkə daxilindəki fikir ayrılıqlarından və iqtisadi təzyiqlərdən istifadə etməklə dekabrda baş verən sabitliyi pozan hadisələrə bənzər vəziyyət yaratmağa çalışdığını iddia edib. O bildirib ki, hazırkı mərhələdə bu hesablamalar özünü doğrultmayıb.

General həmçinin qeyd edib ki, İran cəmiyyətində siyasi baxışlar və mövqelər fərqli olsa da, xarici müdaxilə baş verəcəyi təqdirdə ölkə daxilində birlik və həmrəyliyin daha da güclənməsi gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: