Gürcüstan Rusiya ilə sərhəddə fəaliyyət göstərən “Kazbegi – Yuxarı Lars” keçid məntəqəsinin fəaliyyətini dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, buna keçid məntəqəsinin yerləşdiyi Devdoraki dərəsində suyun səviyyəsinin yüksəlməsi səbəb olub.
Təhlükəsizlik məqsədilə keçid məntəqəsində olan polis əməkdaşları, sərhəd xidməti əməkdaşları və özəl şirkətlərin nümayəndələri təxliyə edilib.
Qeyd edək ki, Ermənistan Rusiya ilə yerüstü əlaqələri məhz “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə saxlayır.