“Rəsmi Moskva Ermənistan Baş naziir Nikol Paşinyana təxminən bir ay vaxt verib: ya Avropa İttifaqı (Aİ)–Avrasiya İqtisadi İttifaqı (Aİİ) seçimində mövqeyinizi müəyyənləşdirin, ya da təzyiqlərin ikinci, daha sərt mərhələsinə başlayırıq”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti iqtidaryönlü mənbələrə istinadən yazıb.
“Bununla nə nəzərdə tutulduğu və nələrin baş verə biləcəyi – iqtisadi sanksiyalar və ixrac məhdudiyyətlərindən başqa – mənbələrimizə tam məlum deyil. Onlar yalnız bir neçə nümunə göstərdilər və bunlardan danışarkən dəhşət içində idilər.
Birincisi, Rusiyada çalışan ermənistanlı miqrantlarla bağlı məsələdir. İddialara görə, Rusiya Prezidenti Vladimir Putin bu məsələdə sərt mövqe nümayiş etdirəcək və onları ölkədən deportasiya edəcək.
500 min soydaşımız Rusiyadan Ermənistana qayıdıb işsiz qalarsa, nə baş verə bilər? Həm onların, həm də ölkənin vəziyyətinin necə olacağını təsəvvür etmək mümkündür”, – deyə bildirilib.
Digər ehtimal isə hava məkanının bağlanmasıdır:
“Yəni Ermənistana həyata keçirilən uçuşların dayandırılması. Bu, turizmin azalmasına, aviabiletlərin kəskin bahalaşmasına, eləcə də digər texniki problemlərə gətirib çıxara bilər. Bundan sonra isə qaz və digər məsələlərə keçə bilərlər”.
Əliyar Xəlil
Globalinfo.az