Sabiq keşiş Vasili Ptaşinskin üç il doqquz ay müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Moskvanın Qərb İkinci Dairə Hərbi Məhkəməsi qərar verib.
Bildirilir ki, keşiş Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd törətməyə çağırışlar etməkdə təqsirləndirilib.
İstintaq müəyyən edib ki, Ptaşinski 2023-cü ilin aprelində “Odnoklassniki” hesabındakı paylaşımında bir qrup naməlum şəxsi Rusiya Prezidentinə qarşı sui-qəsd cəhdləri həyata keçirməyə təhrik edib.
Təqsirləndirilən şəxs ittihamı tam qəbul edib və peşman olduğunu bildirib.
Məhkəmə bu halı nəzərə alsa da, Ptaşinskini təqsirli bilib.
Safura Bənnayeva
Globalinfo.az