merkel 0

Almaniyada vətəndaşların 47 faizi keçmiş kansler Angela Merkelin ölkənin prezidenti olmasını istəyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşr yazır ki, hazırkı prezident Frank-Valter Ştaynmayer ikinci səlahiyyət müddətinin bitməsindən sonra gələn il vəzifəsindən istefa verəcək. Məlumata görə, ölkədə bir-birindən fərqi siyasi qruplar onun prezidenliyə namizədliyini dəstəkləyir. 

Lakin Angela Merkelin siyasətə qayıtmaq fikrinin olmadığı deyilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: