İran Prezidenti Məsud Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə İranın iqtisadi və hərbi vəziyyəti müzakirə olunub.

Tərəflər əhalinin dolanışıq ehtiyaclarının təmin edilməsi, davam edən müharibənin hazırkı vəziyyəti və qarşıdakı dövr, hərbi sahədəki proseslər, həmçinin resursların təmin edilməsi və xərclərin idarə olunması məsələlərini müzakirə ediblər.

Xüsusilə rial, xarici valyuta və enerji resursları, eləcə də İranın xarici tərəflərlə iqtisadi əlaqələri diqqət mərkəzində olub.

Qeyd edək ki, Pezeşkian son açıqlamasında İran üçün əsas narahatlığın yeni ABŞ hücumundan daha çox iqtisadi vəziyyət və əhalinin dolanışığı olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: