Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsinin sədri, tanınmış aktyor Ərdal Beşikçioğlu həbs edilib.
Globalinfo.az xəbər verir ki, məhkəmə Ə. Beşikçioğlu ilə yanaşı, daha 39 nəfər barəsində həbs qərarı verib.
Bələdiyyə sədri iyulun 30-da keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılmışdı.
Qeyd edək ki, aktyor Erdal Beşikcioğlu baş roluna çəkildiyi “Behzat Ç.” serialı ilə məşhurlaşıb. Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan E.Beşikçioğlu 2024-cü ildə Etimesqut bələdiyyəsinin sədri seçilib.