trend bulvar 180515 27

“Bu gün Ağ Şəhər bulvarında video müsahibə verirdim. Jurnalist zəng elədi, mən də hotelin önündə idim. Dedim ki, bulvara gəl. Müsahibə zamanı bulvar işçiləri gəlib dayandırdı. Özümü təqdim elədim, tanıdıqlarını,  hörmət etdiklərini dedilər. Bulvar İdarəsi rəhbərliyinə zəng etdilər, 10-15 dəqiqə gözlədim”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

1dfab2d3 aeeb 4e0b bae1 dae831bf2b24

Deputat Razi Nurullayev

Deputat müsahibəni bulvarın ən bərbad yerində verməyə məcbur qaldığı deyib.

R.Nurullayev bildirib ki, parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub. O, daha sonra sual edib:

“Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Mənim müsahibə verməyim kimə məruzə edildi və kim bunu qadağan etdi? Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz?

Sonra da deyirsiniz ki, bizi tənqid edirlər. Bu cür yarıtmaz qaydaları qoyanlar ölkəmizin adını batırırlar. Milli Məclisdə təmsil olunan deputat xalqın, ölkənin, dövlətin düşməni ola bilərmi? Bunun üçün əsas veribmi?”

Deputat daha sonra deyib:

“Məgər biz hər gün dövlətçilik, ölkəmiz və xalqımız üçün canımızı sipər etmirikmi? Bu nə münasibətdir? Mən İranın, Ermənistanın düşmənçiliyi, ölkəmizin dirənişi haqqında danışırdım. Mən Bakı Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq zəngi gözləyirəm”.

Aydın Aslan
Globalinfo.az

Paylaş: