meksika polis

Meksikada fəaliyyət göstərən Los Reyes cinayətkar qruplaşmasının lideri Alfonso Fernandez Maqalyon (“Ponço”) təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Arfuşun danışıb.

O bildirib ki, əməliyyat hərbçilər və hüquq-mühafizə orqanlarının birgə iştirakı ilə keçirilib.

ABŞ hakimiyyəti daha əvvəl Ponçonun yerinin müəyyənləşdirilməsi və tutulmasına kömək edəcək məlumat üçün 5 milyon dollaradək mükafat elan etmişdi.

Nazirin sözlərinə görə, saxlanılmadan sonra qruplaşma üzvləri şübhəlinin təhlükəsizlik qüvvələri tərəfindən aparılmasına mane olmaq üçün bir neçə magistral yolu bağlayıb və müxtəlif ərazilərdə avtomobilləri yandırıblar.

“Milenio” qəzetinin məlumatına əsasən, Ponço narkotik qaçaqmalçılığı, avtomobil oğurluğu və hədə-qorxu yolu ilə gəlir əldə etməkdə şübhəli bilinir.

Tahir Turan
Globalinfo.az

Paylaş: