tramp

Mərakeş kralı VI Məhəmməd ölkənin şimalı ilə cənubunu birləşdirən Tiznit–Daxla avtomobil yoluna ABŞ Prezidenti Donald Trumpın adının verilməsi barədə qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “MAP” agentliyi məlumat yayıb.

Kral bu qərarı ABŞ prezidentinə də çatdıraraq bildirib ki, Tiznit–Daxla magistralı bundan sonra “Donald J. Trump Avtomagistralı” adlanacaq.

Qeyd olunur ki, bu addım Mərakeşlə ABŞ arasında möhkəm ikitərəfli münasibətlərin və Donald Trampın bu əlaqələrin inkişafındakı rolunun qiymətləndirilməsi kimi dəyərləndirilir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: