İraqın neft naziri Basim Məhəmməd Hudeyr bildirib ki, ölkə Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanı üzərindən neft ixracının həcmini sutkada 1,5 milyon barrelə çatdırmaq niyyətindədir.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı razılaşma sutkada 750 min barrel neft ixracına imkan verir.
Tərəflər ilin sonunadək ixrac həcmini iki dəfə artırmağa imkan verəcək yeni saziş hazırlamağı planlaşdırırlar.
Nazir qeyd edib ki, Bağdad və Ankara arasında neft-qaz sahəsində əməkdaşlıq yalnız Ceyhan limanı vasitəsilə neft tranziti ilə məhdudlaşmır.
Tərəflər həmçinin İraqdakı neft yataqlarına investisiyalar, hasilatın inkişafı və İraq-Türkiyə şirkətləri arasında strateji tərəfdaşlığın yaradılması məsələlərini müzakirə edirlər.
Əliyar Xəlil