ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında HƏMAS və digər silahlı qruplaşmaların tərkisilah edilməsi ilə bağlı razılığa gəlindiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində bildirib.
Tramp Sülh Şurasının HƏMAS-la bağlı belə qərar verdiyi söyləyib:
“Bu, davamlı sülh üçün mühüm təşəbbüsdür. Misir, Qətər və Türkiyəyə təşəkkür. HƏMAS və müttəfiq Fələstin qruplarının tərksilah edilməsi mərhələli şəkildə həyata keçirilməlidir”.
Əliyar Xəlil
Globalinfo.az