Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixaylo Drapatiy ordunun keçmiş baş komandanı Aleksandr Sırskiyə ən yaxın generallardan biri olan Aleksandr Qruzeviçi vəzifəsindən azad edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın üzvü Maryana Bezugla “Telegram”da məlumat verib.
Qeyd edək ki, Oleksandr Sırski 21 iyul 2026-cı ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib və onun yerinə Mixaylo Drapatiy təyin olunub.
Sırski bu vəzifəyə isə 8 fevral 2024-cü ildə, Valeri Zalujnının yerinə gətirilmişdi.
Əliyar Xəlil
Globalinfo.az