“Hörmüz boğazından keçid üçün ödəniş məsələsi ilə bağlı qərarı İran və Oman birlikdə qəbul edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.
“İslam Respublikasının rəhbərliyi və Xarici İşlər Nazirliyinin dəfələrlə bəyan etdiyi kimi, Hörmüz boğazının təhlükəsizliyi və gəmilərin keçid rejimi ilə bağlı qərarları İran və Oman birlikdə qəbul edir”, – deyə o bildirib.
Diplomatın sözlərinə görə, hazırda Tehran və Maskat bu məsələ ilə bağlı danışıqları davam etdirirlər.
Bundan əvvəl “The National” qəzeti yazmışdı ki, Livan İraqa neftin Aralıq dənizi limanlarına Hörmüz boğazını keçmədən çatdırılması üçün alternativ marşrut təklif edib.
İyulun 22-də İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan etmişdi ki, əgər İran neft sata bilməyəcəksə, Yaxın Şərqdə heç kim neft sata bilməyəcək.
Əliyar Xəlil
Globalinfo.az