1744948258 ilham saat 900x525 1

Qüds Erməni Patriarxlığı İsrail parlamentinin gündəliyindən qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin çıxarılmasını dərin məyusluqla qarşıladığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Lurer” nəşri yazıb.

Patriarxlıq vurğulayıb ki, xarici dövlətin (Azərbaycanın – red.) İsrailin “daxili məsələlərinin müzakirəsinə” belə bir təsir göstərə bilməsi narahatlıq doğurur:

“Azərbaycanın Knessetdə hansısa məsələnin müzakirəsini gecikdirməsi və hətta ləğv edə bilməsi diqqətçəkən faktdır.

İlham Əliyevin həm İsrail rəsmilərinin siyasi hesablamalarına, həm də Knessetin müzakirə etməyə hazır olduğu mənəvi məsələlərə təsir göstərə bilməsi bizim üçün çaşdırıcıdır.

Knessetin qanunvericilik gündəliyi və müzakirələri İsrailin suveren məsuliyyəti altında qalmalıdır”.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin “Haaretz” qəzeti rəsmi Bakının təzyiqindən sonra İsrailin qondarma “erməni soyqırımı”nın tanınması prosesini dayandırdığını yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: