“Ölkənin milli maraqlarını qorumaq lazım gələrsə, ABŞ Prezidenti Donald Trampı açıq şəkildə tənqid etməyə hazıram”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem “BBC”yə müsahibəsində deyib.
O bildirib ki, ABŞ lideri ilə ilk təması uğurlu keçib və Tramp ona “çox mehriban” təsir bağışlayıb.
Lakin jurnalistin “Trampa etibar edirsinizmi?” sualına birbaşa cavab verməyən baş nazir bildirib ki, dünya dəyişir və hadisələrin gedişinə uyğun davranmaq lazımdır:
“Əlbəttə, bütün liderlər bunu etməyə məcburdur. İlk növbədə öz ölkələrinin milli maraqlarını qorumalıdırlar”.
Əliyar Xəlil
Globalinfo.az