WhatsApp Image 2024 08 12 at 22.12.47

İran ABŞ ilə yaşanan münaqişədən sonra döyüş əməliyyatlarından zərər görmüş region ölkələri ilə etimad münasibətlərini bərpa etmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazirin sözlərinə görə, İranın ABŞ-la qarşıdurma zamanı atdığı addımlar müdafiə xarakteri daşıyıb və regiondakı üçüncü ölkələrə qarşı yönəlməyib.

O bildirib ki, bölgə dövlətləri bunu anlayır və münaqişə başa çatdıqdan sonra Tehran onlarla münasibətləri bərpa edə biləcək:

“Regional səviyyədə ümumi anlayış var ki, İranın atdığı addımlar region ölkələrinə qarşı düşmənçilikdən irəli gəlmir. Bu addımlar bütün tərəflərin bildiyi və anladığı başqa səbəblərlə bağlıdır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: