Zelenski 1 900x504 1

ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin vəzifədən uzaqlaşdırılması, eləcə də Mixail Fedorovun yenidən müdafiə naziri postuna qaytarılması cəhdlərinin arxasında dayanır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu kadr qərarlarını ilk növbədə Qərbdəki kuratorlarının təsiri ilə qəbul edib.

“Onlar çox koordinasiyalı fəaliyyət göstərirlər – həm britaniyalılar, həm də amerikalılar”, – deyə Azarov bildirib.

Keçmiş baş nazir iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Qərb xüsusi xidmət orqanlarına hansı vəzifəyə kimin təyin olunmalı olduğu ilə bağlı göstərişlər verir, həmin qurumlar isə bu tapşırıqları həyata keçirirlər.

Qeyd edək ki, Mixail Fedorov 2026-cı ilin yanvarında Ukraynanın müdafiə naziri təyin edilsə də, iyulun 15-də vəzifəsindən azad olunub. İyulun 21-də isə Aleksandr Sırski baş komandan postundan çıxarılıb və onun yerinə Mixail Drapatı təyin edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: