putin gulur

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putin barəsində həbs orderi çıxaran baş prokuroru Kərim Xan vəzifəsindən uzaqlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, BCM-yə üzv olan 125 dövlətdən 82-si Kərim Xanın vəzifədən kənarlaşdırılmasına səs verib.

Qərarın fonunda prokurora qarşı irəli sürülən cinsi təcavüz və səlahiyyətlərindən sui-istifadə iddiaları dayanır.

Kərim Xan ona qarşı səsləndirilən bütün ittihamları rədd edib. Bundan əvvəl daha bir qadın da Xanı cinsi zorakılıq və uyğunsuz davranışda ittiham etmişdi.

İddialara görə, həmin qadın karyerasının əvvəlində onunla birlikdə çalışıb və prokurorun səlahiyyətlərindən istifadə edərək ona qarşı təzyiq göstərdiyini və dəfələrlə cinsi münasibətə məcbur etməyə çalışdığını bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: