“İran hakimiyyəti hələlik sülh sazişi imzalamağa hazır deyil”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Onlar razılaşma əldə etmək istəyirlər, amma fikrimcə, buna hazır deyillər. Çünki hər dəfə razılığa gələndə sonradan bunu dəyişmək istəyirlər. Hələ hazır deyillər. Amma çox yaxın zamanda hazır olacaqlar”, – deyə o bildirib.
Xatırladaq ki, Tramp bir gün əvvəl İran rəhbərliyinin hərbi əməliyyatların dayandırılması məqsədilə ABŞ ilə yeni görüş keçirmək istədiyini açıqlamışdı. O qeyd etmişdi ki, Tehran danışıqlara “lazımi şəkildə hazır” olana qədər Vaşinqtonun danışıqlarda marağı yoxdur.
Əliyar Xəlil
Globalinfo.az