ABŞ ölkə ərazisindəki körpülərə və ya elektrik stansiyalarına zərbə endirəcəyi təqdirdə, İran Yaxın Şərqdəki Amerika infrastruktur obyektlərini hədəfə alacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatlı mənbə Tasnim agentliyinə danışıb.
Mənbə bildirib ki, ABŞ İranda körpü və ya elektrik stansiyasını vursa, Tehran cavab olaraq regiondakı körpülərə, enerji infrastrukturuna və ABŞ-ın pay sahibi olduğu obyektlərə zərbələr endirəcək.
Mənbənin sözlərinə görə, Vaşinqton son günlər ərzində İranın Yaxın Şərqdə müxtəlif hədəfləri vurmaq imkanlarına malik olduğunu artıq görüb.
“Donald Trampın növbəti avantürası yenə də onun üçün biabırçılıqla nəticələnəcək”, – deyə mənbə vurğulayıb.
Donald Tramp bundan əvvəl bildirib ki, Hörmüz boğazında ABŞ-a məxsus gəmilərə edilən hər hücuma cavab olaraq İranda bir körpünü və ya elektrik stansiyasını məhv edəcək.
Əliyar Xəlil
Globalinfo.az