İranın Hörmüz boğazında hərəkət edən neft tankerinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə məxsus hücum dronu İranın tətbiq etdiyi qaydaları pozduğu iddia edilən tankeri hədəf alıb.
İddialara əsasən, zərbə endirilən gəmi Tailand bayrağı altında üzürmüş. Hadisə nəticəsində dəyən ziyan və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az