Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya səfiri Aleksandr Lambsdorffla əl sıxmaqdan imtina etdiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, diplomat bu barədə “Lenta.ru”ya danışıb.

“Bəli, bu doğrudur”, – deyə o bildirib.

Bundan bir gün əvvəl Lambsdorff “Der Spiegel” nəşrinə müsahibəsində demişdi ki, vəzifəsini başa vurmazdan əvvəl Rusiya XİN-ə çağırıldığı görüşün əvvəlində Zaxarova onunla əl sıxmaqdan imtina edib. Alman diplomat görüşün atmosferini də “kifayət qədər soyuq” kimi xarakterizə edib.

Lambsdorffun Rusiyadakı fəaliyyətini qiymətləndirən Zaxarova isə bildirib ki, alman diplomat bu vəzifədə olduğu müddətdə vaxtını səmərəsiz keçirib.

Onun sözlərinə görə, Rusiya bu müddət ərzində səfir tərəfindən danışıqlara və sülhə çağıran heç bir təşəbbüs görməyib.

Qeyd edək ki, Aleksandr Lambsdorff 2023-cü ilin avqustunda Almaniyanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunmuşdu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: