ukrayna

“Həlak olanların meyitlərinin mübadiləsinə dair statistika hər dəfə Ukrayna sakinləri arasında ciddi rezonans doğurur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu cür statistika ictimaiyyətə Ukrayna Silahlı Qüvvələrinin itkilərini yenidən xatırladır.

“İyulun 16-da Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərini 501-in 31-ə nisbəti ilə dəyişiblər. Mübadilə Belarusun Qomel vilayəti ilə sərhəd ərazidə baş tutub. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi açıqlamışdı ki, Moskva son bir ildə Ukraynaya 20 mindən çox ukraynalı hərbçinin meyitini təhvil verib, əvəzində isə 627 rus hərbçisinin nəşini qəbul edib. Rusiya tərəfi bu fərqi “çox ciddi” adlandıraraq, bunun tərəflərin itkilərinin nisbətini əks etdirdiyini iddia edir”, – deyə bildirilib.

Bundan əvvəl meyitlərin son mübadiləsi iyunun 18-də keçirilmişdi. Həmin vaxt Ukraynaya 522, Rusiyaya isə 33 hərbçinin meyiti təhvil verilmişdi. Mayın 15-də baş tutan əvvəlki mübadilə zamanı isə Kiyevə 528, Moskvaya 41 hərbçinin cəsədi verilmişdi. Məlumata görə, tərəflər birbaşa danışıqların bərpasından sonra ümumilikdə 35 dəfə əsir və həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsini həyata keçiriblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: